Cənubi Koreya tarixində bir ilk: Prezident həbs edildi - VİDEO

 15-01-2025

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

Ölkə.az xəbər verir ki, bu barədə ölkənin "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

"İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib", - agentlik yazıb.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ölkə Az (@olke.az)

Bənzər yazılar

0.066104888916016