Avstraliyada təbiət qoruğunda yüngül mühərrikli təyyarə timsahlarla dolu gölə düşüb.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə yerli NEWS.com.au nəşri yazıb.
Hadisə yanvarın 12-də Darvin şəhərindən 67 km aralıda baş verib. Yerli vaxtla təxminən saat 10:20-də (Bakı vaxtı ilə təxminən 04:20) hüquq-mühafizə orqanları Foqq Dam Təbiət Qoruğunun ərazisində təyyarənin qəzaya uğraması barədə məlumat alıb, bundan sonra polis əməkdaşları hadisə yerinə gediblər.
Jurnalistlərin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfər olub: 63 yaşlı pilot və 29 yaşlı qadın sərnişin. Pilotu xilas etmək mümkün olmayıb, qadın müayinə üçün vertolyotla Kral Darvin Xəstəxanasına aparılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və digər təfərrüatları müəyyənləşdirirlər.
"Foqq anbarı ərazisi duzlu su timsahlarının evidir, ona görə də ziyarətçilərə suyun kənarından kənarından uzaq durmaq tövsiyə olunur. Avstraliyanın Şimal Ərazi Parkları və Vəhşi Təbiət İdarəsi elan edib ki, qoruq çərşənbə gününə (15 yanvar-red) qədər bağlanacaq", deyə məqalədə qeyd edilib.
Bu müddət ərzində mütəxəssislər fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmalı olacaqlar.