Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır: "Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".
Ö.Çelik, həmçinin söyləyib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi: "Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".
Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andişmə mərasimi keçiriləcək.