Bakıda sərnişin çoxluğundan marşrut avtobusunun bir tərəfi əyilib.
Ölkə.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-ə daxil olub.
Belə ki, Biləcəri dairəsinin yaxınlığında 525 nömrəli marşrut avtobusu sərnişin çoxluğu səbəbindən bu cür problemlə üzləşib, hətta avtobusun bir tərəfi yerə dəyməyə başladığı üçün sürücü sərinişinləri yarıyolda düşürməli olub.
Lakin sərnişinlərin düşməsi belə işə yaramadığı üçün sürücü sərnişinlərdən avtobusu yelləməsini istəyib.
Həmin görüntüləri təqdim edirik: