Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.