5 nömrəli Kliniki Doğum Evi 15 milyon manata təmir edilir

 29-10-2023

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “ORN GROUP” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Agentlik Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınmasına görə “ORN GROUP” MMC-yə 14 milyon 819 min 295 manat 14 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 129 min 500 manat olan “ORN GROUP” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev 102, m. 47 -də yerləşir. Şirkətin qanuni təmsilçisi Bağırov Qəzənfər Füzuli oğludur.

Bənzər yazılar

0.18413090705872