Almaniyanın Ruhr Universitetinin dosenti Dr. Elxan Riçard Sadıq-Zadənin adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Stenford Universiteti və “Elsevier” jurnalının versiyası üzrə azərbaycanlı alim iqtisadiyyat sahəsində bu mərtəbəyə yüksəlib:
“Ekspertlər ciddi məlumat bazasına əsaslanan bu mükafata azərbaycanlı alimin layiq olduğunu bildiriblər”.
Qeyd olunub ki, Dr. Elxan Riçard Sadıq-Zadə həm də Azərbaycan diasporunun fəal üzvlərindən biridir.