Hikmət Hacıyev diplomatların Qarabağa səfərinin başa çatması ilə bağlı paylaşım etdi

 21-06-2025

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.

MillətinSəsi.İnfo-nun xəbərinə görə, Hikmət Hacıyev öz "X" hesabında bununla bağlı təəssüratlarını bölüşüb.

"Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotiosunun çəkilməsi ilə başa çatdı", - deyə o, paylaşımda bildirib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.

Bənzər yazılar

0.078305006027222