Macarıstan öz səfirliyini müvəqqəti olaraqİrandan Azərbaycana köçürüb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə
Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəkivideomüraciətində bildirib.
Onun sözlərinə görə, İranda olan və yardım tələb edən bütün macarıstanlıların Azərbaycana keçirilməsi təmin edilib.
Siyarto qeyd edib ki, bunun ardınca Tehrandakı səfirlikdə fəaliyyət göstərən diplomatlara ölkəni tərk etməklə bağlı göstəriş verib:
“Səfirlik əməkdaşları və onların ailələrindən ibarət ümumilikdə 15 nəfərin Azərbaycana keçidi təmin edilib və səfirliyin işini müvəqqəti olaraq orada icra edəcəklər”.
Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki və strateji obyektlərə böyük ziyan dəyir.