Avropa İttifaqından Azərbaycan şirkətinə SANKSİYA - azərbaycanlı Əhməd Kərimov kimdi?

 19-07-2025
Avropa İttifaqı Azərbaycan vətəndaşı 1958-ci il təvəllüdlü Əhməd Kərimova sanksiya tətbiq edib.
 
MillətinSəsi.info "Teleqraf"a istinadən xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində yerləşən rəsmi adı "2 Rivers Group” olan və "Coral Energy” adı ilə tanınan neft ticarəti şirkətinin səhmdarıdır.
 
Məlumata görə, bu şirkət Rusiya neftinin mənşəyini gizlədərək ticarətini həyata keçirir.
 
"2 Rivers Group” şirkətinin Rusiyanın kölgə donanmasındakı (beynəlxalq nəzarət və sanksiyalardan yayınmaq məqsədilə istifadə olunan, mənşəyi və sahibliyi gizlədilən donanma) gəmilərin böyük hissəsinə nəzarət etdiyi bildirilir.
 
AB Əhməd Kərimova Rusiya Federasiyasının əsas gəlir sahəsi olan neft sektoruna qoyulan qadağaları pozduğu üçün sanksiya tətbiq edib.
 
Qeyd edək ki, Ə.Kərimovun adı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə salınıb.
 
Onu da bildirək ki, Avropa İttifaqının(Aİ) Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin tətbiqi ilə bağlı qətnaməsində Azərbaycan, Hindistan, Çin, BƏƏ, Sinqapur və Mavrikidən olan 18 şirkətin adı var. Bu şirkətlərə qarşı sanksiya tətbiq edilib.

AzPolitika” xəbər verir ki, Aİ-nin sanksiyalar siyahısına Azərbaycanda qeydiyyatdan keçən “Aqua Fleet Management” şirkəti də daxil edilib.

"Aqua Fleet Management" şirkətinin 100 manat nizamnamə kapitalı var. O, 2024-cü ilin avqustunda gürcü əsilli İremadze Kaxaber adlı şəxsin adına qeydiyyatdan keçirilib. Şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil göstərilir. Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onun “Saurri” və “Ederra” adlı iki tankerinin və “Temirro” adlı yük gəmisinin olduğu bildirilir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü məlumdur. Belə görünür ki, Aİ sözügedən gəmilərin Rusiyadan neft daşımalarında iştirak etməsindən şübhələnir.

Bənzər yazılar

0.08821702003479