Konor Makqreqor dopinq problemini həll edib: İl sonuna qədər oktaqona qayıdacaq

 20-05-2023

İrlandiyalı MMA döyüşçüsü, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor bu ilin sonuna kimi oktaqona qayıdacaq.

Bu barədə idmançı özü məlumat verib.

“Dopinqlə bağlı ilə məsələ həll olundu. İlin sonuna kimi oktaqonda çıxış edəcəyəm. İndi dönüşə hazırlaşıram”.

34 yaşlı Makqreqorun son döyüşü 2021-ci ildə UFC-264 turnirində amerikalı Dastin Poryeyə qarşı olub. Görüş ilk raundda irlandiyalının ayağının sınması ilə başa çatıb.

İdmançı yenidən yarışa buraxılmaq üçün altı aylıq dopinq testindən keçməli, iki mənfi test verməlidir.

Mənbə: sportskeeda.com

Bənzər yazılar

0.12756609916687