UEFA Avropa Liqasında ilk finalçı bəlli olub.
Milletinsesi.info xəbər verir ki, “Roma” həlledici oyunda iştirak etmək hüququ qazanıb.
“Canavarlar” buna Almaniyada “Bayer”lə (Leverkuzen) qolsuz heç-heçə etməklə nail olublar.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan Joze Mourinyonun komandası finala çıxıb. Həlledici matçda “Roma”nın rəqibi ya “Sevilya”, ya da “Yuventus” olacaq.
Turində 1:1 hesablı heç-heçəyə razılaşan kollektivlər Sevilyada da güclünü müəyyənləşdirə bilməyiblər. Yenə qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxta ehtiyac yaranıb.