Bu ilin ilk rübü ərzində Şuşa şəhərində yerləşən otellərdə insanlar 8 min 285 gecə keçiriblər.
Yeniavaz.com açıqlananı rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşadakı otellərdə Azərbaycan vətəndaşları 8 min 169 gecə, əcnəbilər isə 116 gecə qalıblar.
Şuşadakı otellərdə bir gecə qalmağın orta qiyməti 165 manat olub.Bu məbləğə yalnız otağın qiyməti daxildir. Onu da bildirək ki, bu ilin ilk rübündə Şuşadan başqa işğaldan azad olunan rayonlardan yalnız Laçındakı otellərdə gecələmə qeydə alınıb. İlk 3 ay ərzində Laçın otellərində 400 gecə keçirilib və bir gecənin orta qiyməti 63 manat olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycan vətəndaşları Şuşadakı otellərdə 1 593 gecə, əcnəbilər isə 105 gecə keçiriblər.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Şuşadakı otellərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk rübündə 5 dəfəyə yaxın artıb.