Şəhidin övladı Sidneydə keçirilən olimpiadada qızıl medal qazandı

 17-04-2025

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.

MillətinSəsi.İnfo Modern.az-a istinadla xəbər verir ki, Sidneydə keçirilən beynəlxalq olimpiadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdirib.

Araz Şadmanzadə 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.

Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.



Bənzər yazılar

0.063652992248535