Ötən ay karyerasını başa vuran İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna "Vilyarreal"la anlaşıb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı keçmiş qolkiper 2025/2026 mövsümündən etibarən klubun U-19 komandasının baş məşqçisi olacaq.
Qeyd edək ki, P.Reina karyerası ərzində "Vilyarreal"la yanaşı "Liverpul", "Aston Villa" (hər ikisi İngiltərə), "Bavariya" (Almaniya), "Napoli", "Milan", "Latsio" (hamısı İtaliya) və "Barselona"nın (İspaniya) formasını geyinib. O, İspaniya millisinin heyətində 2012-ci ildə Ukrayna və Polşada keçirilən Avropa çempionatının da qalibi olub.