ABŞ İranın nüvə obyektlərinə zərbə endirib

 22-06-2025

ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib.

“MilletinSesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

“ABŞ-nin B-2 bombardmançıları İranın nüvə obyektlərinə zərbələr zamanı istifadə edilib”, – agentliyin həmsöhbəti bildirib.

Nəşr xatırladıb ki, əvvəllər obyektlərə zərbə endirmək üçün uyğun bombalarla təchiz edilə bilən B-2 bombardmançılarının yerdəyişməsi barədə məlumat verilmişdi.

Bu əməliyyat, ABŞ-nin son onilliklər ərzində xarici ölkələrdə həyata keçirdiyi hərbi müdaxilələrin davamı kimi qiymətləndirilir. 35 illik dövrdə ABŞ ordusu müxtəlif bölgələrdə dəqiq zərbələrə əsaslanan genişmiqyaslı hərbi əməliyyatlar keçirib.

ABŞ-nin hərbi əməliyyatlarının bəzilərini təqdim edirik:

1993-cü ildə Bağdadda İraq kəşfiyyat binasına zərbə endirilib, nəticədə 8 nəfər həlak olub.
1996-cı ildə “Səhra Zərbəsi” əməliyyatı zamanı İraqın hərbi infrastrukturuna 44 raket atılıb.
1998-ci ildə ABŞ və Böyük Britaniya “Səhra Tülküsü” əməliyyatı çərçivəsində İraqa 600-dən çox bomba və 400 raket atıb.
1998-ci il avqustun 20-də ABŞ “Əl-Qaidə”yə qarşı əməliyyat həyata keçirib. 100-ə yaxın “Tomahawk” raketi buraxılıb.
2007-ci ildən etibarən ABŞ “Əl-Şəbab” və 2017-ci ildən İŞİD qruplaşmalarına qarşı hava zərbələri endirib.
2025-ci il fevralın 1-də Qal Miskaad dağlarında 56,7 ton sursatla böyük miqyaslı hücum həyata keçirilib.
“Inherent Resolve” əməliyyatı çərçivəsində 35 minə yaxın hava zərbəsi endirilib.
Mosul və Rakka şəhərlərində aparılan əməliyyatlar minlərlə mülki şəxsin həyatına son qoyub.
2017-ci ildə Suriyanın Şayrat bazasına 59 “Tomahawk” raketi atılıb.
2018-ci ildə Barzehdəki tədqiqat mərkəzi və digər obyektlərə 105 raket zərbəsi endirilib.
2024-cü ildə ABŞ “Ənsar Allah” (Husilər) hərəkatına qarşı “Prosperity Guardian” əməliyyatına start verib.
2025-ci ilin mart-aprel aylarında 1100-dən çox hədəf vurulub.
ABŞ Silahlı Qüvvələri son illərdə bir sıra terror təşkilatlarının liderlərinə qarşı da hədəfli zərbələr endirib. Əməliyyatlar əsasən pilotsuz təyyarələrlə həyata keçirilib:
2014-cü ildə Əhməd Qodan (Əş-Şəbab),
2016-cı ildə Həsən Əli Dhure,
2022-ci ildə Əl-Qaidə lideri Ayman əz-Zəvahiri (Kabulda),
2020-ci ildə Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis Bağdadda raket zərbəsi ilə öldürülüb.

Bənzər yazılar

0.070352077484131