Bellinqem Almaniya nəhənginə transfer olundu

 04-06-2025

İngiltərənin "Sanderlend" klubunun yarımmüdafiəçisi Cob Bellinqemin yeni klubunun adı bəlli olub.

MillətinSəsi.İnfo Milli.Az-a istinadən xəbər verir ki, o, karyerasını Almaniya nəhəngi "Borussiya Dortmund"da davam etdirəcək.

19 yaşlı oyunçuya görə almanlar 30 milyon avro ödəyəcəklər.

Qeyd edək ki, Cob Bellinqem "Real Madrid"də forma geyinən Cud Bellinqemin kiçik qardaşıdır. O, ötən mövsüm "Sanderlend"in heyətində 43 oyunda 4 qol vurub.

 

Bənzər yazılar

0.066745042800903