Bakıda avtobus işıqforun qırmızı işığına məhəl qoymadı

 03-02-2025

Bakı şəhərində sərnişin avtobusu yolayrıcını işıqforun qırmızı işığında keçib.

Oxu.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə 10-TG-312 dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut xətti üzrə çalışan avtobusun sürücüsü Məmmədli kəndi ərazisindən keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb və hərəkətə davam edib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib ki, Bakı şəhərində yolu işıqforun qırmızı işığında keçən sürücü cərimələnib.

"Sərnişin avtobusu ilə yolayrıcını işıqforun qırmızı işığında keçən sürücü aşkar edilib və onun barəsində qanunamüvafiq tədbir həyata keçirilib", - deyə T.Nəsirli bildirib.

Sözügedən görüntünü təqdim edirik:

 

Bənzər yazılar

0.064662933349609