Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər

 14-06-2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

MilletinSesi.info xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Bildirilib ki, tərəflər İsrailin İrana qarşı həyata keçirdiyi hücum və digər regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin XİN başçısı Hakan Fidan Azərbaycan və Misridən olan həmkarları Ceyhun Bayramov, eləcə də Bədr Abdel Atı ilə telefon danışığı aparıb. Danışıqlar zamanı İsrailin İrana hücumu və digər regional məsələlər müzakirə olunub.

 

 

Bənzər yazılar

0.065428018569946