Şəhid ailələri üçün aylıq müavinət 2025-ci il iyulun 1-dən 700 manat həddində müəyyən olunub.
MillətinSəsi.İnfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Fərmanla şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə iyulun 1-dən ayda 700 (yeddi yüz) manat müavinət veriləcək.
Xatırladaq ki, sözügedən müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilmişdi.