Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.
Ölkə.Az “İzvestiya”ya istinadən xəbər verir ki, sabiq nazir Karapetyan Ermənistanda qanunsuz sahibkarlıq fəaliyyətində iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə axtarışa verilib.
Arşak Karapetyan 2021-ci il avqustun 3-dən noyabrın 15-dək Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. 2018-2021-ci illərdə baş nazir Nikol Paşinyanın müşaviri olub. Həmin il üç ay Baş Qərargah rəisinin birinci müavini olub. Daha sonra Paşinyanın fərmanı ilə müdafiə nazirinin birinci müavini, daha sonra isə nazir təyin edilib.
Mürtəza
Ölkə.Az