İngiltərə Premyer Liqasının “Vest Hem Yunayted” klubunun futbolçusu Maykl Antonio ağır qəzaya düşüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Biz təsdiq edə bilərik ki, Antonio bu gün yol qəzasına düşüb. Bütün klub işçiləri üşüncə və duaları ilə Mayklın, ailəsinin və dostlarının yanındadır", - klubun açıqlamasında deyilir.
Bu mövsüm Antonio Premyer Liqada 14 oyun keçirib və 1 qol vurub. İngiltərə çempionatının turnir cədvəlində “Vest Hem” 15 xalla 14-cü yerdədir.(publika.az)