Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız iki təcrübəli liderin - özünün və Rusiya Prezidenti Vladimir Putinin olması barədə bəyanatına münasibət bildirib.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, NEWS.ru-nun sualını cavablandıran XİN rəsmisi bu bəyanatı şərh etməyi düzgün hesab etmədiyini deyib.
Hər hansı məsələlərin həlli üçün Ankara ilə təmasların mümkünlüyü barədə sualı cavablandıran diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətləri qoruyur.
"Ölkəmiz dost ölkələrdəki həmkarlara və rəhbərlərə hörmətlə yanaşır, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir. Amma biz Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik", - deyə Zaxarova bildirib.