Pep Qvardiola baş məşqçi karyerası barədə radikal qərar verib.
Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, "Mançester Siti" ispaniyalı mütəxəssisin çalışdıracağı son klub olacaq. Pepin "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, Qvardiola müxtəlif illərdə "Bayern", "Barselona" klublarının baş məşqçisi olub.