Silahlı bir qrup şəxs Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin məzarlığını dağıdıb və yandırıb.
Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "Annahar" qəzeti yazıb.
Hadisə onun doğulduğu Lazkiyyə vilayətinin Qərdəha şəhərində baş verib.
Maskalı şəxslər Suriya keçmiş prezidenti Hafiz Əsədin dəfn yerini yandırıblar. Həmin yerdə Hafiz Əsədin böyük oğlu Bəsil Əsəd və həyat yoldaşı Anisa Məxlufun məzarları da yerləşir.
Hadisənin görüntüləri sürətlə sosial şəbəkələrdə yayılıb. Kadrlarda Hafiz Əsədin məzarının alovlara qərq olduğu anlar və silahlı şəxslərin məqbərəni əhatə etdiyi görünür.
Qeyd edək ki, Hafiz Əsəd 1971-ci ildən 2000-ci ilə qədər Suriya prezidenti olub və ölkəni 29 il idarə edib.