Boks sənayesində soyuq duş effekti yaradan hadisənin yaşandığı iddia olunur.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, Ceyk Pol və Mayk Tayson milyon dollarlıq məhkəmə iddiası ilə üzləşiblər. Onlar razılaşdırılmış döyüşdə ittiham olunurlar.
Belə ki, bir qrup boks həvəskarı və insayderlər tərəfindən qaldırılan iddiada iki məşhur boksçunun döyüşün nəticəsini əvvəlcədən planlaşdırdığı və bunun idmanın dürüstlük qaydalarını pozduğu bildirilir.