Panama prezidentindən Trampa sərt cavab: Kanal bizimdir və heç kim...

 21-01-2025

ABŞ prezidenti Donald Trampın Panama və onun kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd edirəm. 

Ölkə.Az xəbər verir ki, bu barədə Panama prezidenti Xose Mulinonun bəyanatında deyilir.

“Kanal Panamaya məxsusdur və belə də olacaq. Dünyada elə bir ölkə yoxdur ki, bizim hakimiyyətin işinə qarışsın.
Kanal heç kimin güzəşti deyildi. Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsil mübarizəsinin nəticəsi idi. Və o vaxtdan bəri, 25 davamlı il ərzində biz dünyaya və onun ticarətinə məsuliyyətlə xidmət edərək, onu idarə etdik və genişləndirdik”, - bəyanatda deyilir.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.066531896591187