Qazaxıstanlı qadının çəkdiyi video gündəm mövzulardan birinə çevrilib. Belə ki, Aygül Berdiqalıyeva qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı çıxışı diqqət çəkib.
Ölkə.az xəbər verir ki, onu tez-tez həlak olmuş qadınlardan birinin ruhu ziyarət edib. Ruh ondan təyyarə qəzası baş verən yerdə qızıl sırğanı tapmağı və onu mərhumun anasına təhvil verməyi xahiş edib.
“Qadın tez-tez yuxuma gəlirdi. O məndən hadisə yerinə gedib, itən zinət əşyasını tapıb, anasına çatdırmağımı istəyirdi. Hadisə baş verən yerə getdim və orada qızıl sırğanı tapdım”, - Berdiqalıyeva deyib.
Onun sözlərinə görə, açıq böyük ərazidə kömək almadan sırğanı tapmaq müşkül məsələ olardı. Bunu deməklə ruhla söhbət etdiyinə dəlil gətirib.
Ekstrasens kimi tanınan qadın sırğanı taparaq ailəsinə təhvil verib.