ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimindən sonra çıxış edən amerikalı milyarder İlon Mask bu dəfə təbriki və salamı ilə dünyanın gündəminə gəlib.
Ölkə.Az xəbər verir ki, İlon Maskın salamlama jesti nasist salamı kimi dəyərləndirilib.
Mask çıxışında Trampın qələbə çalması və bu planlarını reallaşdırdıqlarına görə, hamıya təşəkkür edib və nasist salamına bənzəyən bir jest edib.
Bu hərəkətdən sonra sosial mediada bir çox istifadəçi Maskı nasist salamı verməkdə ittiham ediblər.
Bu istər dünya mediasında, istərsə də sosial media şəbəkələrində geniş müzakirə predmeti olub.
Mürtəza
Ölkə.Az