Stresdən xilas olmaq üçün 1000-dən çox oğurluq etdi

 28-11-2024

Yaponiyada polis 37 yaşlı yerli sakini evləri və mənzilləri qarət etməkdə şübhəli bilinərək həbs edib. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, cinayət törədən şəxs Fukuoka prefekturasının Dazaifu şəhərində yaxalanıb. O, növbəti epizoddan sonra saxlanılıb. Ev sahibi və həyat yoldaşı onların bağında və evində naməlum şəxslərin olduğunu görüblər və polisə müraciət ediblər.

Mediada yayılan məlumata görə, kişi quldurluğun çoxdan onun hobbi olduğunu etiraf edib. O, izah edib ki, bir tərəfdən həyəcan onu cinayətlərə sövq edir, digər tərəfdən isə belə bir fəaliyyət ona "stressi aradan qaldırmağa" kömək edir. 

Saxlanılan şəxsin sözlərinə görə, mindən çox yapon onun qurbanı olub.
 

Bənzər yazılar

0.10483479499817