Yer 80 santimetr yerindən oynadı - SƏBƏB

 27-11-2024

Son 20 ildə Yer kürəsi planetin təkindən suyun çıxarılması səbəbindən şərq istiqamətində 80 santimetr əyilib.

Ölkə.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu nəticəyə beynəlxalq alimlər qrupu Seul Milli Universitetindən olan həmkarları ilə birlikdə gəlib. Bu barədə "Arqumentı i faktı" məlumat verib.

Alimlər qeyd edirlər ki, yeraltı suların təkdən çıxarılması planetin əyilməsinə və fırlanmasına təsir edə bilər. Bu mövzuda ilk araşdırma 2016-cı ildə dərc edilmişdi.

Araşdırmanın nəticələri göstərib ki, 1993-cü ildən bəri yeraltı təbii su anbarlarından 2 150 gigaton su çıxarılıb. Bu suyun bir hissəsi kənd təsərrüfatı sahələrinin suvarılması və digər təsərrüfat ehtiyacları üçün istifadə olunub. Nəticədə isə bu su okeana qarışıb.

Bənzər yazılar

0.11288213729858