Bakıya yaxşı oyun nümayiş etdirmək və uğurlu nəticə qazanmaq üçün gəlmişik.
Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ın fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib:
“Rəqibin sürətli və təhlükəli futbolçuları var. "Ayaks"la son ev görüşündə yaxşı mübarizə apardılar. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Hazırda “Qarabağ”da çıxış edən “Lion”un sabiq futbolçusu Yassin Benzianı yaxşı tanıyırıq. Ona qarşı ayıq-sayıq oynamalıyıq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.