Pakistanda II Elizabetin ölümü ilə bağlı ÜMUMMİLLİ MATƏM ELAN EDİLİB

 11-09-2022

Pakistanın İnformasiya və Yayım naziri Məryəm Auranqzeb Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar sentyabrın 12-də ölkədə ümummilli matəm elan edildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, müvafiq qərarı baş nazir Şahbaz Şərif təsdiq edib.

Matəm çərçivəsində bütün ölkədə dövlət bayraqları yarıya qədər endiriləcək.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.

Mənbə: TRT

Bənzər yazılar

0.26753497123718