Azərbaycanlı alim Şəhriyar Muxtarov Stenford Universiteti tərəfindən hazırlanan dünyanın ən nüfuzlu (top 2%) (World's Top 2% Scientists) alimləri siyahısında yer alıb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu il də Stenford Universiteti tərəfindən hazırlanan dünyanın ən nüfuzlu (top 2%) alimləri siyahısında yer almaq mənə nəsib oldu”, - məlumatda deyilir.
Qeyd edək ki, Stenford Universitetinin reytinqləri ELSEVIER-in SCOPUS məlumat bazası əsasında tərtib edilir.
Alim hazırda Korea Uiversitetinin “İqtisadiyyat” kafedrasında professor olaraq işləyir.