Uşağınızla evdə vaxt keçirmək üçün 50 yol...

 21-09-2024

Hamımız gərgin iş rejimində işləyirik. Hətta çox vaxt özümüzə belə vaxt ayıra bilmirik. Təbii ki, bu, uşaqlarımızdan da yan keçmir. Və uşaqlarımız istər-istəməz evdə mütəmadi olaraq işdən bəhs edən bir ata və ya bir ana ilə qarşılaşırlar.

Atasından və ya anasından diqqət görməyən uşaqlar isə ya kompüterə, ya da cib telefonuna üz tuturlar. Ata-ana diqqətsizliyi ilə böyüyən bu uşaqlar daha sonra təbii olaraq cəmiyyətə uyğunlaşmaqda da çətinlik çəkirlər. Halbuki uşaqlarınıza diqqət göstərmək üçün sadə, asan və ən əsası isə həm sizin üçün, həm də uşaqlarınız üçün əyləncəli yollar var.

İndi isə sizə uşaqlarınızla evdə xoş vaxt keçirə biləcəyiniz bu yollardan bəzilərini təqdim edirik:

1. Birlikdə tapmaca tapın.
2. Birlikdə heyvan səslərini təqlid edin.
3. Birlikdə otağı boyayın (bu uşağınızın otağı da ola bilər).
4. Kölgə oyunu oynayın.
5. Bir şəkli parçalara ayırın, sonra o parçaları birləşdirin.
6. Bir-birinizə kitab oxuyun.
7. Qarğıdalı “partladın”.
8. Birlikdə mahnı oxuyun.
9. Birlikdə radio teatrına qulaq asın.
10. Birlikdə krossvord həll edin.
11. Evdə akvarium qurun.
12. Kağızdan təyyarə düzəldin.
13. Bir-birinizi təqlid edin.
14. Birlikdə hekayə yazın.
15. “Söz oyunu” oynayın. Bir-birinizə bir söz deyin, sonra o sözün son hərfindən yeni söz düzəldin.
16. Birlikdə kitabxana düzəldin.
17. Birlikdə filmə baxın (heç olmasa, həftədə bir dəfə).
18. Birlikdə boyunuzu ölçün.
19. Sadə təcrübələr aparın (bu təcrübələr istər fizikaya, istərsə də kimyaya aid ola bilər).
20. Birlikdə şeir əzbərləyin.
21. Birlikdə dondurma hazırlayın.
22. Bir-birinizə hekayə danışın.
23. Birlikdə şəkil çəkin.
24. Gecə pəncərədən (və ya eyvandan) ulduzlara tamaşa edin.
25. Birlikdə yanıltmac söyləyin.
26. Birlikdə gündəlik tutun.
27. Otaqda labirint düzəldin (bunun üçün bir neçə döşəkağından istifadə edə bilərsiniz).
28. Birlikdə tamaşa hazılayın.
29. Kibrit çöpləri ilə “şəkil çəkin”.
30. Eyvanda çiçək yetişdirin.
31. Süngərdən ördək düzəldin (təbii ki, qayçının köməyi ilə), sonra ləyəndə üzdürün.
32. Stolüstü oyunları da unutmayın (şahmat, dama və s. kimi).
33. Birlikdə tort hazırlayın.
34. Köhnə bir parça götürün (mümkün qədər ağ olmaq şərti ilə), sonra parça boyası ilə boyayın.
35. Birlikdə kitablarınızı üzləyin.
36. “Səssiz kino” da köməyinizə gələ bilər.
37. Bir əşyanı gizləyin, sonra “xəritəsini” çəkin, uşağınız tapsın.
38. Kağızdan qayıq düzəldin, sonra ləyəndə üzdürün.
39. Birlikdə tamaşa hazırlayın.
40. Kağızdan çanta düzəldin.
41. Rəngli kağızlardan fiqurlar kəsin.
42. Otaqda çadır qurun (bu uşağınızın da otağı ola bilər).
43. Gözbağlıca oynayın.
44. Bir əşyanın bir neçə əlamətini sayın və uşağınızdan bu əşyanın adını tapmağı xahiş edin (bu oyunu qarşılıqlı da oynaya bilərsiniz).
45. Birlikdə xəritədə (və ya qlobusda) şəhərləri tapın.
46. Birlikdə səhər yeməyi hazırlayın.
47. Stəkanlardan və qaşıqlardan musiqi aləti düzəldin (yəqin ki, hər stəkanın başqa səs çıxardığını bilirsiniz).
48. Yastıqlardan maneə düzəldin və üzərindən tullanın.
49. Birlikdə “gizlən-qaç” oynayın.
50. Ən əsası isə uşağınızla keyfiyyətli vaxt keçirin. Çünki onun qarşısına oyuncaq, televizor, kompüter və s. qoymaq ona diqqət göstərmək demək deyil.

Aygün Vəliyeva

Bənzər yazılar

0.057742118835449