Türkiyəli məşhur müğənni səhnədə öldü

 21-09-2024

Tanınmış türkiyəli müğənni Mətin Arolat səhnədə vəfat edib.

Ölkə.az Kult.az-a istinadən xəbər verir ki, 52 yaşındakı ifaçı mahnı oxuyarkən qəfil halı pisləşib.

Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İfaçı təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb.

Xəstəxanada müğənninin vəfat etdiyi açıqlanıb.

Bənzər yazılar

0.099370002746582