Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda yaşayan 52 yaşlı qadın qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılıb.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər veir ki, xəstəni müayinə edən həkimlər onun qarın boşluğunda çox sayda metal əşya aşkarlayıblar.
Xəstə təcili əməliyyata götürülüb. Əməliyyat zamanı onun mədəsindən təxminən 1 kq ağırlığında mismar, inşaat dəmiri, boyunbağı, saç sancaq və s. metal əşyalar çıxarılıb.
52 yaşlı xəstə A.K-nın əqli qüsurlu olduğu bildirilib.
Billurə Yunus