Ronaldo karyerasında vurduğu qolların sayını 902-yə çatdırıb.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının 4-cü turunda “Əl-Nəsr”in “Əl-İttifaq”ı (3:0) məğlub etdiyi matçda 1 dəfə fərqlənən portuqaliyalı unikal göstəriciyə sahibdir.
İFFHS ən çox qol vuran futbolçuların siyahısını təqdim edib. Burada Ronaldo liderdir. Cədvəldə Lionel Messi ikinci, avstraliyalı Alf Quill 3-cüdür.
Tarix boyu ən çox qol vuran futbolçuların ilk “10-luğ”u isə belədir:
- 1. Kriştiano Ronaldo – 902 qol
- 2. Lionel Messi – 840
- 3. Alf Quill – 778
- 4. Pele -762
- 5. Romario – 756
- 6. Ferens Puşkaş – 725
- 7. Cimmi Cons – 639
- 8. Robert Levandovski – 635
- 9. Gerd Müller – 634
- 10. Joe Bambrik – 626