Polşa Almaniyanı beynəlxalq məhkəməyə VERƏ BİLƏR

 11-09-2022

Polşanın baş naziri Mateuş Moraveçki etiraf edib ki, ölkəsi Almaniyanı İkinci Dünya Müharibəsi zamanı vurduğu zərərə görə kompensasiya ödəməyə məcbur etməyə çalışır.

Hökumət başçısı bəyan edib ki, Varşava gələcəkdə beynəlxalq məhkəmələrə müraciət edə bilər.

O, bildirib ki, Polşa İkinci Dünya Müharibəsi zamanı ən çox əziyyət çəkən, lakin heç vaxt buna görə təzminat almayan ölkədir.

Eyni zamanda, Moraveçki məhkəməyə getməzdən əvvəl ölkənin Berlin hökumətinə diplomatik nota göndərəcəyini, həmçinin ağrılı məsələnin həllinə İsrail nümayəndələrini də cəlb edəcəyini vurğulayıb.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.28778004646301