Məşhur cizgi filmlərinin animatoru VƏFAT EDİB

 11-09-2022

Rusiyalı karikaturaçı rəssam Vladimir Vışeqorodtsev 72 yaşında vəfat edib. Onunla vida mərasimi şənbə günü Moskva şəhər klinik xəstəxanasında baş tutub.

Bu barədə “Soyuzmultfilm”in mətbuat xidmətindən bildirilib.

Vışeqorodtsev 1950-ci ildə anadan olub və cizgi filmlərinin rəssamı kimi çalışıb. O, “Prostokvaşinoda tətillər”, “Pişik balası Qav” və s. cizgi filmləri üzərində  işləyib.

Vışeqorodtsev 2013-cü ildə təsviri incəsənət sahəsində xidmətlərinə görə Rusiya Federasiyasının əməkdar rəssamı adına layiq görülüb.

Mənbə: TASS

Bənzər yazılar

0.27269911766052