Hindistan və Pakistanda hava çirkliliyi artır: Duman artıq kosmosdan görünür

 14-11-2024

Pakistanın şərqində və Hindistanın şimalında havanın çirklənmə səviyyəsi o qədər yüksəkdir ki, yaranan duman kosmosdan aydın görünür. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə CNN NASA görüntülərinə əsasən yazıb.

Dünyanın müxtəlif bölgələrində real vaxt rejimində havanın çirklənmə səviyyəsini izləyən İsveçrənin IQAir tədqiqat şirkətinin məlumatına görə, hazırda ən çirkli hava Dehlidədir. İkinci yerdə Pakistanın Lahor şəhəri qərarlaşıb. Havanın çirklənməsinə görə ilk 4-lüyə həmçinin Kolkata və Mumbay daxildir. 

Dehli və Lahorun çirklənmə indeksi müvafiq olaraq 300-dən çox - 408 və 360-dır ki, bu da oradakı havanın sağlamlıq üçün təhlükəli olduğunu göstərir. Eyni zamanda, bu həftənin əvvəlində Lahorda çirklənmə indeksi 1200 vahidi, Pakistanın ən sıx məskunlaşdığı Pəncab əyalətində isə son günlər tez-tez 1000 vahidi keçib.

Hindistan və Lahor şəhərlərində hər il payızda soyuq havaların başlaması və məhsul yığımı ilə birlikdə qalın duman yaranır. Bu, fermerlərin kənd təsərrüfatı tullantılarını kütləvi şəkildə yandırması və buna kömürlə işləyən elektrik stansiyalarının və avtomobil nəqliyyatının emissiyalarını da əlavə etməsi ilə bağlıdır. Bununla belə, son günlər duman səviyyəsi o qədər güclüdür ki, Pakistan və Hindistanın bəzi bölgələrində hakimiyyət məktəbləri və ictimai yerləri, o cümlədən parkları, muzeyləri bağlayır, küçədə keçirilən kütləvi tədbirləri ləğv edir və iri ticarət mərkəzlərinin iş saatlarını məhdudlaşdırır. Allergiya, tənəffüs xəstəlikləri, göz, boğaz və s.-dən əziyyət çəkən çoxlu sayda xəstə xəstəxanalarda görünüb.

Bənzər yazılar

0.15083909034729