KİV: "İraq qızlar üçün nikah yaşını doqquz yaşa endirəcək"

 11-11-2024

İraq kişilərin azyaşlı uşaqlarla evlənməsinə icazə verərək, qızlar üçün razılıq yaşını 18-dən 9-a endirməyi planlaşdırır.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph” qəzeti məlumat yayıb.

Mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti "şəxsi status qanunu”nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. Dəyişiklik qanuni nikah yaşını azaltmaqla yanaşı, qadınları boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum edəcək.

Hakim koalisiyanın fikrincə, bu addım İslam qanunlarının ciddi şərhinə uyğundur və gənc qızları "əxlaqsız münasibətlərdən” qorumaq məqsədi daşıyır.
Nəşrin müsahibə aldığı ekspertlər və fəallar deyirlər ki, düzəliş faktiki olaraq ölkənin ən mühüm hüquqlarını qadınlardan məhrum edəcək.

"Dəyişiklik sadəcə olaraq bu hüquqları pozmayacaq. Bu, onları siləcək”, deyə "Human Rights Watch"un İraq üzrə tədqiqatçısı Sarah Sanbar deyib.

Bundan əlavə, hakim koalisiyanın hərəkətləri sosial şəbəkələrdə qəzəb doğurun, burada qadın hüquqları müdafiəçiləri hökuməti "uşaq zorlamasını qanuniləşdirməyə” cəhddə ittiham edib.

İraq parlamenti düzəlişləri səsverməyə çıxarmazdan əvvəl rəsmi şəkildə müzakirə edəcək.

Bənzər yazılar

0.11111402511597