"Hollivud yazısı mənim eyvanımdan belə görünür. Guya güclü şəkildə yanıb. Hər şey yerindədir, yaxşıdır".
Ölkə.Az xəbər verir ki, sosial medianın Rusiya seqmentində belə bir video yayılıb və çəkilişin müəllifi Los-Ancelesdəki yanğınları əks etdirən videoların bəzilərinin yalan olduğunu bildirib.
"Göstərilənlərin 90 faizi saxtadır: Amerikada apokalipsisdir, hər yer yanır. Düzünü desəm, əvvəl necə idi, indi də elədir. Mən heç nə görməmişəm, hiss eləməmişəm. Dağlarda xırda yanğınlar olub. Bizə görə narahat olanlara təşəkkür edirəm".
Sözügedən videonun nə zaman çəkildiyi sosial şəbəkə istifadəçilərinin suallarından biri olub.
Qeyd edək ki, yanğınla bağlı süni intellektdə hazırlanmış video da yayılılıb. Lakin Los-Anceles dairəsinin şerifi Robert Lunanın sözlərinə görə, yanğınlarda həyatını itirənlərin sayı ən az 24-ə çatıb, 13 nəfə isə itkin düşüb.
Hadisə nəticəsində ən azı 153 min insan təxliyə edilib və ən azı 12 min bina yanğınlar səbəbindən yararsız hala düşüb.
Bundan əlavə, məşhur Hollivud aktyoru Mel Gibson da "şəhəri məhv etdilər" açıqlaması ilə gündəmə gəlib.