Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.
Ölkə.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi xəbərə görə, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir.
O, 2004-cü ildən nazir müavini postunda çalışır.
A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini postu mövcuddur. Hazırda isə maliyyə nazirinin birinci müavini və digər iki müavin vəzifəsi boşdur. İndi nazirin bir müavini var. O da Azər Bayramovdur.
Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu postda çalışırdı.