"Yazırlar ki, qəzanı İsrail təşkil edib, amma..." - Zərdüşt Əlizadə

 20-05-2024

Aviasiya elə şeydi ki, bəzən təyyarə də, vertolyot da, paraşüt də naxələf çıxır. Mən hava desant qoşunlarında xidmət etmişəm və nə qədər əsgərin paraşütün açılmaması və ya dolaşmasından həlak olduğunu görmüşəm”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması haqda danışarkən deyib.

O, bu qəzada hansısa ölkənin izi olmadığını bildirib:

“Təyyarədə insanın xilas olmaq şansı var, çünki onlar havada sürüşmə gücünə malikdir. Ona görə təyyarələr bəzən suya, çəmənə, tarlaya enə bilir. Amma helikopter qəzasında onun bütün gövdəsi yalnız pərdən asılıdır. Pər dayananda helikopter yerə daş kimi düşür. Odur ki, rəhmətlik Rəisinin xilasına çox az ümid qalmışdı. Bu Allahın qəzasıdır, deməzdim ki, burda hansısa qüvvələrin günahı var. Bəzən yazırlar ki, bunu İsrail təşkil edib, amma bu, doğru deyil. Sadəcə hava şəraiti əlverişli olmayıb və qəza baş verib”.

 

Bənzər yazılar

0.10586404800415