Azərbaycan Prezidentinin öz müsahibəsində ölkənin daxili və xarici siyasəti, gələcək sülh müqaviləsi ilə bağlı verdiyi mesajlar hər kəs üçün "yol xəritəsi"dir.
Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, onlar öz sosial şəbəkələrində ayrı-ayrı fikirlər yazmaqla məşğuldurlar: "Bunlara qarşı Xarici İşlər Nazirliyi tərəfindən lazımi addımlar atılır və daha kəskin şəkildə atılmalıdır".
O bildirib ki, Fransa səfiri özünü Hüqonun təbirincə desək, səfil kimi aparmağa başlayıb. Deputat qeyd edib ki, dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır: "Azərbaycan bu gün təhlükəsizlik adasıdır. Bu adanı hamımız qorumalıyıq".
Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Xarici İşlər Nazirliyi heç vaxt olmadığı kimi sərt cavab verir və düz də edir.
Mürtəza
Ölkə.Az