Deputat Müşfiq Məmmədli: "İğtişaşlar yaradan Fransa hakimiyyətidir, Azərbaycan kanakları dəstəkləyir"

 17-05-2024

"XXI əsrdə dünyada bəzi ölkələr demokratiyanın və insan haqlarının müdafiəçisi adı altında müstəmləkəçilik siyasəti yürütməkdədir. Bunun bariz nümunəsi kimi biz Fransanı qeyd edə bilərik. Fransa bu gün XIX əsrin ortalarından əsarətdə saxladığı, öz sərhədlərindən 17 min kilometr uzaqda - Sakit okeanda yerləşən Yeni Kaledoniyada insanlar bu ölkənin müstəmləkəçilik siyasətinə etiraz olaraq aksiyalara başlamasını zorakı metodlarla boğmaq yolunu seçib. Bu məqsədlə də Yeni Kaledoniyaya qoşun yeridib orada fövqəladə vəziyyət və komendant saatı elan edib, adaya giriş-çıxış, o cümlədən sosial şəbəkələrə giriş qadağan olunub. Paris yeni Kaledoniyadakı son kütləvi iğtişaşlarda yerli əhalini  günahkar çıxarıb ittiham etməyə çalışsa da, amma ictimai-siyasi böhran yaranıb adada asayişin yaranmamasının əsas səbəbkarı elə Fransanın özüdür".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputat əlavə edib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşların fitilini yandıran elə Fransa hakimiyyətidir: "Buna səbəb Parisin Yeni Kaledoniyada müstəmləkəçilik siyasətini bundan sonra da  davam etdirmək üçün Konstitusiya dəyişiklik etməklə adaya köçən miqrantlara seçkilərdə geniş imkanlar yaratması olub. Dəyişikliyə əsasən, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan hər kəsə yerli seçkilərdə səsvermə hüququ verilir.

Bu isə 1998-ci ildə Fransa hakimiyyəti və Yeni Kaledoniyanın yerli hökuməti arasında imzalanmış razılaşmanın pozulması deməkdir. Həmin razılaşmaya əsasən, səsvermə siyahısına həmin razılaşma qüvvəyə minən ana qədər arxipelaqda yaşayan sakinlər və onların övladları daxil edilib.  Konstitusiyaya dəyişiklikdə əsas hədəfi istənilən metodlarla Yeni Kaledoniyanın Fransanın müstəmləkəçilik siyasətindən xilas olmaq istəyən yerli xalqın qarşısında ciddi əngəllər yaratmaqdır.

Bu da yerli kanak xalqının və Yeni Kalendoniyanın müstəqilliyinin tərəfdarı olanların haqlı narazılığına səbəb olub. Buna etiraz olaraq insanlar etiraz aksiyasına başlayıb. Fransa hökuməti oradakı əlaltıları vasitəsilə buna qarşı çıxması, nəticədə toqquşmalara və iğtişaşlara səbəb olub. Fransa problemi beynəlxalq hüquq, norma və prinsipləri ilə həll etmək əvəzinə insanların haqlı tələbini zorakı metodlarla susdurmaq yolunu seçib".

O əlavə edib ki, indiydək müstəmləkədə saxladığı ölkələrin bir-bir əlindən çıxdığını görən Fransa bəşəri dəyərlərə zidd olaraq daha amansızcasına addımlar atmaqda və bu yolla onların səsini boğmağa çalışır: "Fransa elə bilir ki, indiyədək müstəmləkəçilik siyasəti nəticəsində törətdiyi dəhşətli cinayələri bundan sonra da davam etdirə biləcək. Artıq bu mümkün deyil. Fransanın neokolonializm siyasəti iflasa uğramaqdadır.

Digər tərəfdən dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da Fransa kimi ölkələrin neokolonialist siyasətinə qarşıdır və buna son verməsini tələb edirlər. Hər zaman beynəlxalq hüquq və prinsiplərini əsas tutan, onun müdafiə edən Azərbaycan Yeni Kaledoniya xalqının haqlı tələbini müdafiə edir. Nəinki müdafiə edir, onlara yaxında dəstək verir. O baxımdan da Azərbaycan Yeni Kaledoniyadakı son hadisələri diqqətlə izləməklə yanaşı, baş verənlərə öz reaksiyasını verməkdədir.

Yeni Kaledoniyada baş verənlərlə bağlı artıq Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa və Korsika) müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatın Yeni Kaledoniyada baş verənlərlə bağlı verdiyi birgə bəyanatla çıxış edib və bu, siyasi baxımdan ciddi əhəmiyyət daşıyır. Qəbul edilən bəyanatda Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyinin qurbanı olan bölgələrin siyasi təmsilçiləri kanak xalqı ilə tam həmrəyliyini ifadə edərək Fransanı müstəmləkə siyasətini dayandırmağa və kanak xalqına öz taleyini sərbəst həll etmək hüququ verməyə çağırıb.

Əminəm ki, beynəlxalq aləmin və Azərbaycanın da yaxından iştirakı ilə Fransanın neokolonialist siyasəti iflasa uğrayacaq. Yeni Kaledoniyada baş verən hadisələrin Fransanın müstəmləkəçilik siyasətinə son verilməsi baxımdan mühüm rol oynayacağına əminlik yaradır". 

Bənzər yazılar

0.068573951721191