Yaxın gələcəkdə psixiatrların sayı artırıla bilər

 01-04-2024

“Yaxın gələcəkdə psixiatrların sayı artırıla bilər”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı psixi sindromlarla bağlı praktiki addımlar atılıb və İşçi qrup yaradılıb:

“Gələcək 3-5 il ərzində psixiatrların sayı artırılmalıdır. Səhiyyə Nazirliyi bununla bağlı sənəd hazırlayır. Bu yolla psixiatriya xidmətinə fərqli yanaşmanı təmin etmək mümkün olacaq. Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır”.

Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq:

“Bu, göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək”.

Bənzər yazılar

0.17491984367371