Eşşək ölməyib, Ehsan kimilər bunun bariz nümunəsidir - Etibar Əliyev

 22-12-2023

Milli Məclisin bu gün keçirilən iclasında Etibar Əliyev iranlı ekspert Ehsan Movehhediyanın davamlı olaraq anti-Azərbaycan mövqeyini tənqid edərək onu "eşşək" adlandırıb.

Ölkə.Az xəbər verir ki, o bunun yolverilməz olduğunu qeyd edib. 

Deputat əlavə edib ki, onun bu mövqeyi İran XİN-in saytında da yerləşdirilib: “Bu isə o deməkdir ki, onun bu mövqeyini İran XİN-də bölüşür və onunla razıdır. Onun  yazılarında “artsax”, “artsax xalqının deportasiya olunması” və sair bu kimi ifadələr yer alıb. Bu, sırf erməni marağına xidmət edir. Bu bir daha İranın Azərbaycana qarşı məkrli siyasətindən xəbər verir. Görkəmli şairimiz Sabir Rüstəmxanlı müsahibələrinin birində İranla bağlı gözəl bir cümlə işlədib: ”Kim Mazandaran eşşəyi kimi bağırırsa, bu onun demokratik seçimidir”. Mən Sabir bəyin bu fikrini bir az da zənginləşdirmək istəyirəm. Ehsan və onun kimiləri fəlsəfədə  tez-tez işlədilən Butidanın eşşəyi deyimi var. Bu məsələ ətrafında 600 ildir davam edir. Amma eşşək ölməyib. Ehsan kimilər bunun bariz nümunəsidir”.

 

Bənzər yazılar

0.19970297813416