Keçmiş diplomatın həbs edildiyi bildirilir

 21-09-2023

İctimai fəal, keçmiş diplomat Emin İbrahimovun həbs edildiyi xəbəri yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə yazıblar.

Bildirilib ki, E. İbrahimov 30 sutka həbs edilib.

Qeyd edək ki, Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.

2007-2020-ci illərdə Azərbaycanın diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Bənzər yazılar

0.21294689178467